Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Audi, #Bakı, #Dövlət İmtahan Mərkəzi (DİM), #Lənkəran, #Magistratura, #Şəki, #Şəmkir, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 yanvar 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.

presstvaz xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 2025-ci il 24 dekabr saat 17:00-dan 2026-cı il 7 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.

“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, sınaq imtahanında cari imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından istifadə olunacaq.

İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.

Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.

Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2026-cı il fevral ayında keçirilməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv