Cənubi Koreyada müxalifət partiyasının lideri dünya rekordu qırdı

Cənubi Koreyada müxalifət partiyasının lideri dünya rekordu qırdı






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Cənubi Koreya, #Dövlətə xəyanət, #Dünya rekordu, #Hadisə, #Hakim, #Konstitusiya Məhkəməsi, #Milli Məclis, #Yun Sok Yol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyada müxalifətin aparıcı Vətəndaş Gücü Partiyasının parlamentdə fraksiyasının lideri Çan Don Hyok üsyan məsələləri üzrə tribunal layihəsinə səsverməni bloklamaq cəhdi ilə 24 saat ərzində çıxış edib və bununla da dünya rekordunu qırıb.

Bu barədə presstvaz TASS-a istinadən xəbər verir.

Məlumata görə, keçmiş prezident Yun Sok Yol və onun siyasi müttəfiqləri 3 dekabr 2024-cü ildə hərbi vəziyyətin tətbiqi cəhdi ilə əlaqədar konstitusiya quruluşuna qarşı üsyan təşkil etməkdə ittiham olunurlar. Konstitusiya Məhkəməsi prezidenti 2025-ci ilin aprelində hakimiyyətdən uzaqlaşdırıb. Yun Sok Yolun 2022-ci ildə prezidentliyə namizədliyini irəli sürdüyü Vətəndaş Gücü Partiyası xüsusi tribunalın əleyhinə çıxırdı.

Qanun layihəsi yenidən işlənib hazırlandıqdan sonra baxılması üçün Cənubi Koreya Milli Məclisinə təqdim edilib, çünki sənədin ilkin versiyası hüquq dairələri tərəfindən tənqidə məruz qalıb. Plenar iclas zamanı Can Don Hyuk kürsünü tutub və saatlarla davam edən çıxışına başlayıb, onun çıxışı digər deputatlar reqlamentdən istifadə edənə və 24 saatdan sonra onu səs çoxluğu ilə dayandırana qədər davam edib. Bu çıxışın davamlılığı – müzakirənin uzadılması üzrə yeni tarixi rekord olub.

Lakin nəticədə hakim “Toburo” Demokrat Partiyası tərəfindən təqdim edilən qanun layihəsi qəbul edilib – layihənin lehinə 300 deputatdan 175-i səs verib. Sənəd ən azı iki hakim qrupundan ibarət tribunalın yaradılmasını nəzərdə tutur. Tribunal üsyan, dövlətə xəyanət və ya qiyamda ittiham olunan hərbi vəziyyət hadisələri iştirakçılarının işləri ilə məşğul olacaq. Seul mərkəzi dairəvi məhkəməsinin və Seul Ali Məhkəməsinin hakimləri təlimatlar hazırlayacaqlar və buradan da tribunal üzvləri seçiləcəklər. Qanun layihəsinə əsasən, tribunal bütün bu cür işləri birinci instansiya kimi nəzərdən keçirəcək, lakin qərara alınıb ki, artıq başlanılan işlər həmin məhkəmələrdə qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv