İmişlidə baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub

İmişlidə baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #avtomobillər, #Cərrahi əməliyyat, #Hadisə, #Hyundai, #İmişli, #İmişli rayonu, #Nəqliyyat, #Təcili Tibbi Yardım, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İmişli rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

presstvaz “Report”a istinadən xəbər verir ki, onlar 1995-ci il təvəllüdlü Feyruz Rövşən oğlu Məmmədov, 1966-cı il təvəllüdlü İlyas Musa oğlu Xankişiyev və 1960-cı il təvəllüdlü Əyyam Sadiq oğlu Novruzovdur.

Yaralıların müalicəsi rayon xəstəxanasında davam edir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

27 noyabr, 12:28

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, noyabrın 27-si saat 10:30-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.

Aygün Mirakif

27 noyabr, 11:34

İmişli rayonu ərazisində üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan üç nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv