Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb

Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #DNT, #Hikmət Hacıyev, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 27-də Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşıb.

Prezidentin köməkçisi komitə üzvləri ilə Azərbaycan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı məzmunlu müzakirələr aparıldığını qeyd edib.

“Komitənin sədri səfir Delfin Pronka minnətdaram. Komitənin üzvlərini Azərbaycanın regionda irəlilətdiyi sülh gündəliyi, eləcə də sülhün iqtisadi üstünlükləri, Zəngəzur dəhlizinin inkişafı və etimadın möhkəmləndirilməsi tədbirləri barədə məlumatlandırdım.

Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızın və tərəfdaşlığımızın möhkəmləndirilməsi üzrə gələcək addımları tam dəstəklədiklərini bildirdiklərinə görə təşəkkür edirəm”, – deyə o vurğulayıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv