ABŞ ordusu İrana qarşı əməliyyatın ilk iki günündə 5,6 milyard dollarlıq sursat istifadə edib

ABŞ ordusu İrana qarşı əməliyyatın ilk iki günündə 5,6 milyard dollarlıq sursat istifadə edib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə təxminən 5.6 milyard dollarlıq sursat istifadə edib.

presstvaz-ın məlumatına görə, bu barədə “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, Pentaqon rəsmiləri bu bilgiləri martın 9-da ABŞ Konqresinin üzvlərinə təqdim ediblər. Xəbərə görə, bundan başqa administrasiya bu həftə qanunverici orqana əlavə hərbi ehtiyaclara on milyard dollara qədər vəsaitin ayrılması üçün sorğu göndərəcək.

Nəşr qeyd edir ki, Pentaqonun qiymətləndirmələri bəzi Konqres üzvləri arasında ABŞ ordusunun ən qabaqcıl silahların məhdud ehtiyatlarını tez istifadə etməsi ilə bağlı narahatlıqları daha da artırıb.

“The Washington Post” Pentaqonun sözçüsü Parnellin fikrindən sitat da gətirib:

“ABŞ ordusu istənilən missiyanı istənilən vaxt və yerdə yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir”.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” ABŞ-nin İrandakı hərbi əməliyyatın ilk həftəsində ümumilikdə təxminən 6 milyard dollar xərclədiyini, bunun təxminən 4 milyard dollarının sursata sərf etdiyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv