Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv edir

Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv edir






presstv

"Presstv"az #Audi, #Moldova, #Qırğızıstan, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moldova parlamenti MDB ölkələri vətəndaşlarının vizasız səfərlərinə dair sazişin denonsasiyasını (bağlanmış beynəlxalq müqavilədən imtina – red.) birinci oxunuşda təsdiqləyib.

presstvaz xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu bildirib.

Moldova hökuməti noyabrın 12-də MDB çərçivəsində imzalanmış yeddi sazişin, o cümlədən birliyin iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını təsdiqləyib.

MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.

Qanun layihəsinin müəlliflərinin qeyd etdiklərinə görə, hazırda Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri mövcuddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv