Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

presstvaz xəbər verir ki, martın 10-dan martın 15-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Martın 11-də saat 19:00-da “LƏNG: Zamanla yarışan insan” tamaşası təqdim olunacaq. Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 15-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” tamaşası oynanılacaq.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində:

Martın 13-də saat 19:00-da Tamara Vəliyevanın “Cəza” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti 10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 14-də saat 19:00-da Uilyam Şekspirin “III Riçard” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti 10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Martın 13-də saat 19:00-da Yuli Qusmanın eyniadlı filmi əsasında Qorxma, mən səninləyəm” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 14-də saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan “Əliqulu bu gün evlənir” komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 15-də saat 19:00-da Kamal Abdullanın “Gülçöhrə və Əsgər” musiqili dramı oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Martın 12-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur “Albalı bağı” əsəri əsasında hazırlanan “Birinci Akt” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 14-də saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Mənəm, mən…” mistik-psixoloji dramı oynanılacaq.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 15-də saat 19:00-da dramaturq Toyğun Orbayın “21:15 qatarı” tamaşası oynanılacaq.

Quruluşçu rejissor Mikayıl Mikayılovdur.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Akademik Filarmoniyası:

Martın 11-də saat 19:00-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, dirijor Əyyub Quliyevin rəhbərliyi və tanınmış pianoçu Emil Əfrasiyabın iştirakı ilə Nadir kamera və caz gecəsi.

Biletlərin qiyməti: 5-35 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 12-də saat 19:00-da Türk dünyasının musiqi axşamı.

Biletlərin qiyməti: 5-35 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 13-də saat 19:00-da Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.

Biletlərin qiyməti: 4-20 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Martın 15-də saat 20:40-da Şam işığında: Motsart axşamı.

Biletlərin qiyməti: 20-50 manat.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv