Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şahdağ” Turizm Mərkəzinin ev sahibliyi edəcəyi dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku yarışı təxirə salınıb.

presstvaz xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.

Qurumdan bildirilib ki, hazırlıq mərhələsində mövcud təbii və qış şəraitinin bu miqyaslı tədbir üçün tələb olunan yüksək keyfiyyətə və yarış mühitinə tam cavab vermədiyi müəyyənləşib:

“Bununla yanaşı, səyahət seçimlərinin məhdudluğu və bəzi regional hava limanlarındakı müvəqqəti məhdudiyyətlər kimi logistika amilləri idmançıların, eləcə də qonaqların rahatlığına mənfi təsir edə bilər. Baxmayaraq ki, Azərbaycan tədbiri qəbul etməyə tam hazırdır, həm Azərbaycan, həm də FIS üçün əsas hədəf yarışı ən ideal şəraitdə təşkil etmək, iştirakçılar və tamaşaçılar üçün ən yüksəksəviyyəli mühit yaratmaqdır. Məhz bu səbəbdən “Şahdağ” Turizm Mərkəzindəki moqul üzrə Dünya Kubokunun finallarının növbəti qış mövsümünə keçirilməsi barədə birgə qərar verilib. Bu addım təşkilatçılara optimal idman şəraiti qurmağa və hər iki tərəfin hədəflərinə uyğun dünyasəviyyəli yarış keçirməyə şərait yaradacaq. Azərbaycan növbəti mövsümdə beynəlxalq qış idman ictimaiyyətini Şahdağda qəbul etməyi səbirsizliklə gözləyir”.

Xatırladaq ki, sözügedən beynəlxalq yarışın bu ilin martın 14-15-də təşkili planlaşdırılırdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv