Deputat: “Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək”

Deputat: “Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək”






presstv

"Presstv"az #Bakı, #Hövsan qəsəbəsi, #Milli Məclis, #Qəzalı bina

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabah hansısa qəzalı bina uçsa, heç kim məsuliyyəti öz üzərinə götürməyəcək”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat: Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək

Komitə sədri qeyd edib ki, ötən gün Hövsan qəsəbəsində bir qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb:

“Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının aktları var ki, bina qəzalıdır, hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək.

Halbuki sadə bir mexanizm var: sahibkar bir binanın pulunu ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtəbə əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbədə sakinləri bir il kirayədə saxlayır, dörd mərtəbəni də satır, özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə, vətəndaşın həyatının riskə atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, özünü sığortalayıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv