Avstraliyada güclü fırtına: Onminlərlə sakin işıqsız qalıb

Avstraliyada güclü fırtına: Onminlərlə sakin işıqsız qalıb






presstv

"Presstv"az #Avstraliya, #Avto, #avtomobillər, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında baş verən güclü fırtına səbəbindən 77 mindən çox sakin işıqsız qalıb.

presstvaz xəbər verir ki, bu barədə ABC telekanalı yerli elektrik şəbəkəsi şirkətinə istinadən məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, fırtına səbəbindən işıqsız qalan 19 min abonentə artıq elektrik enerjisi verilib. Bildirib ki, ştatda 525 mindən çox ildırım çaxması qeydə alınıb.

Telekanal qeyd edir ki, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb. Diametri 10 sm-ə çatan dolu avtomobillərə, binaların damlarına və günəş panellərinə ciddi ziyan vurub, 600 mindən çox elektrik xətti kəsilib.

Avstraliya Meteorologiya Bürosu isə ölkənin cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatında həddindən artıq istilər barədə xəbərdarlıq edib. Orada temperatur 40 dərəcəni keçə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv