Messi “Barselona”ya qayıdır? – Laporta AÇIQLADI

Messi “Barselona”ya qayıdır? – Laporta AÇIQLADI






presstv

"Presstv"az #Argentina, #Futbol, #İnter Mayami, #Lionel Messi, #Peru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona”nın prezidenti Joan Laporta klubun əfsanəsi Lionel Messinin yenidən kataloniyalılara qoşula biləcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, Laporta məsələ ilə bağlı sərt mövqe ortaya qoyub.

Prezident bildirib ki, Messinin futbolçu kimi “Barselona”ya dönməsi real deyil: “Messinin hazırda ‘İnter Mayami’ ilə qüvvədə olan müqaviləsi var və onun geri qayıtması mümkün görünmür”.

Laporta vurğulayıb ki, klubun diqqəti keçmişə deyil, qarşıdakı illərdə formalaşacaq komandaya yönəlib:
“Biz müasir komanda və gələcək strategiya üzərində işləyirik. Keçmişlə yaşasan, inkişaf edə bilməzsən”.

Bu açıqlama argentinalı superulduzun Kataloniyaya dönüş ehtimalını demək olar ki, tam aradan qaldırır. Bununla yanaşı, Laporta bir müddət əvvəl Messiyə xüsusi ehtiram göstərilməsi planlarının müzakirə edildiyini, o cümlədən “Camp Nou” ərazisində onun heykəlinin ucaldırılması layihəsinin gündəmdə olduğunu xatırladıb.

Xatırladaq ki, yenidən qurulan “Camp Nou” stadionuna Messinin gözlənilməz səfəri son günlər onun mümkün dönüşü ilə bağlı müzakirələri yenidən alovlandırmışdı. Lakin ulduz futbolçunun dörd il əvvəl klubdan qəfil və məyusedici ayrılışı, eləcə də “İnter Mayami” ilə uzunmüddətli müqaviləsi bu ehtimalları əvvəldən zəif göstərirdi. Messi ilə Laporta arasında münasibətlərin soyuqluğu isə iddiaları daha da zəiflədən amillərdən hesab olunurdu.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv