İranın paytaxtı Tehrandan köçür? – Pezeşkian açıqladı

İranın paytaxtı Tehrandan köçür? – Pezeşkian açıqladı






presstv

"Presstv"az #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranın köçürülməsi ideyasını yenidən gündəmə gətirib

presstvaz xəbər verir ki, bu barədə Fars xəbər agentliyinin məlumatında deyilir.

Məlumata görə, prezidentin bu istəyi şəhərin əhalisinin həddindən artıq olması və su çatışmazlığı ilə əlaqədardır.

Pezeşkian bildirib ki, şəhər əhalisi artmağa davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.

"Reallıq budur ki, başqa seçimimiz yoxdur. Köçürülmə bir zərurətdir. Bu bölgəni daha çox əhali və tikinti ilə doldura bilmərik. İnkişaf edə bilərik, amma su problemini həll edə bilmərik" .

Qeyd edək ki, yanvarda hökumət sözçüsü Fatemeh Mohacirani Makran bölgəsinin – ölkənin cənub sahilində yerləşən, hələ tam inkişaf etməmiş ərazinin – mümkün yeni paytaxt kimi araşdırıldığını bildirmişdi. Bu təklif də müxtəlif tənqidlərə səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv