Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib






presstv

"Presstv"az #Abşeron rayonu, #Almaniya, #Audi, #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #diabet, #Günəş, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #İtaliya, #Macarıstan, #Mikayıl Cabbarov, #PSJ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat veriblər.

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6.5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının, təxminən, 40 faizi bu panellər vasitəsilə ödənəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv