Şəkidə 85 yaşlı kişinin evində yanaraq ölməsinin TƏFƏRRÜATI MƏLUM OLDU

Şəkidə 85 yaşlı kişinin evində yanaraq ölməsinin TƏFƏRRÜATI MƏLUM OLDU






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Bakı, #Hadisə, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəkidə 85 yaşlı kişinin evində yanaraq həyatını itirməsinin bəzi detalları məlum olub.

presstvaz-ın məlumatına görə, hadisə gecə saat iki radələrində rayonun Bideyiz kəndində baş verib .

Kənd sakini, 85 yaşlı Əli Saat oğlu Xasiyevin iki övladı olsa da, evində tək yaşayırmış. Onun bir oğlu Bakıda, digər oğlu isə elə həmin kənddə yaşayırmış. Amma Ə.Xasiyev özünə məxsus evdə tək qalırmış. O, həmçinin son vaxtlar yeriməkdə də çətinlik çəkirmiş.

Ə.Xasiyevin evinə qaz xətti çəkilsə də, o, odun peçindən istifadə edib. Hadisənin də məhz odun peçindən qaynaqlandığı bildirilir. Belə ki, gecə saatlarında odun peçindən baş verən yanğını Ə.Xasiyev söndürə bilməyib. Nəticədə ev tamamilə alışıb və o, yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

08:44

Şəki rayonunda yanğın baş verib.

presstvaz xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Xasiyevə məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.

Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv