Məhkəmə türk sahibkarın evindən 193 min manat oğurlayanlarla bağlı qərar verdi

Məhkəmə türk sahibkarın evindən 193 min manat oğurlayanlarla bağlı qərar verdi






presstv

"Presstv"az #Ali Məhkəmə, #Araşdırma, #Audi, #Avto, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bakı Apellyasiya Məhkəməsi, #Hadisə, #Hakim, #Məhkum, #Oğurluq hadisəsi, #Suraxanı rayonu, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən dəstə üzvləri Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramovun barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən son iclasda qərar elan olunub.

Qərara əsasən, kasasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Üzeyir Bayramov 6 il 3 ay, Namik Bayramov 5 il 9 ay və Niyazi Məmmədov isə 5 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər. Hər üç şəxs məhkəmə zalından həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

İttihama görə, oğurluq hadisəsi 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namik Bayramov Türkiyə vətəndaşı olan iş adamı Selçuk Mahmud oğlu Tapanın yaşadığı evdən 193 095 manat pul oğurlayıblar. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, qeyd edilən evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü Niyazi Məmmədovun avtomobili ilə oğurluq edəcəkləri evə yollanıblar. Hadisədən sonra isə əldə etdikləri pul vəsaitlərini aralarında bölüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv