“Kalkulyator uşaq” kimi məşhurlaşan azərbaycanlı vunderkind indi haradadır?

“Kalkulyator uşaq” kimi məşhurlaşan azərbaycanlı vunderkind indi haradadır?






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Nyu-York, #Orta məktəb, #Rusiya, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Altı yaşında bütün ölkədə məşhurlaşan, “Kalkulyator uşaq” kimi tanınan Ruslan Səfərov bacarıqları ilə görənləri heyrətə salmışdı. Azərbaycanlı vunderkind saniyələr içində mürəkkəb riyazi əməliyyatları hesablamağı bacarırdı. Ruslan Rusiyanın “Birinci kanal”ında yayımlanan “Udivitelnıye lyudi” proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirdikdən sonra diqqət mərkəzinə düşmüşdü.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, 15 yaşlı Ruslan hazırda Bakıdakı prestijli məktəblərdən birinin 9-cu sinfində oxuyur. O, əvvəlki kimi çalışqanlığı və nailiyyətləri ilə seçilir. Əla oxuduğuna görə məktəb tərəfindən xüsusi təqaüdə layiq görülüb.

Atası Fuad Səfərov bildirib ki, Ruslan artıq bir sıra beynəlxalq olimpiadalarda uğur əldə edib.

“Ruslan Sinqapur və Antalyada keçirilən beynəlxalq olimpiadalarda qızıl, Nyu-Yorkda isə gümüş medal qazanıb. Bu yarışlar daha çox kommersiya xarakterlidir. Orada iştirak etmək uşağın hazırlıq səviyyəsini artırır və özünə inam hissini gücləndirir. Amma bizi tam şəkildə razı sala biləcək nəticə Respublika Fənn Olimpiadasında (RFO) qazanılacaq uğur olacaq. Bu il Ruslan RFO-da riyaziyyat fənni üzrə iştirak edəcək”, – deyə F.Səfərov söyləyib.

“Kalkulyator uşaq” Ruslan Səfərov hazırda ingilis dilini C2 səviyyəsinə çatdırmaq, həmçinin alman dilini öyrənmək üçün çalışır.

“Ruslanın bir vaxtlar televiziyada nümayiş etdirdiyi şifahi riyazi hesablamalar (mürəkkəb misalları, kökaltı ifadələri, faiz göstəriciləri və alqoritm məsələlərini saniyələr içində hesablaya bilməsi) o dövrdə 6 yaşlı uşaq üçün çox maraqlı idi. Amma indi o, 15 yaşındadır və artıq gələcəyini qurmalıdır. Şifahi riyazi hesablamalar o vaxt Ruslanı tanıtdırdı, amma indi daha ciddi elmlərlə məşğul olsa irəli gedəcək. Həmin sürətlə hələ də hesablaya bilər, sadəcə bu yaşda artıq qeyri-adi effekt yaratmayacaq”, – deyə Ruslanın atası bildirib.

Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan Ruslan yaş yarımlığından danışmağı və yeriməyi eyni vaxtda öyrənib.

Fuad Səfərov bildirib ki, Ruslanın əsas məqsədi dəyişməyib. O, gələcəkdə tanınmış xarici universitetlərdən birində təhsil alaraq elmi fəaliyyətlə məşğul olmaq istəyir.

Xatırladaq ki, Ruslan 2017-ci ildə Rusiya telekanallarında yayımlanan “Udivitelnıye lyudi” verilişində çıxış edərək məşhurlaşmışdı. Həmin vaxt o, Qusar şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyurdu və mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edirdi.

Kalkulyator uşaq kimi məşhurlaşan azərbaycanlı vunderkind indi haradadır?


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv