Mətbuat Şurası və Türkiyə Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq protokolu imzalanıb

Mətbuat Şurası və Türkiyə Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq protokolu imzalanıb






Rəşad Cəfərli

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Jurnalistlər, #Mətbuat Şurası, #Rəşad CƏFƏRLİ, #Rəşad Məcid, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Qlobal Jurnalistlər Şurası (Küresel Gazeteciler Konseyi – KGK) ilə Azərbaycan Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq protokolu imzalanıb. Sənəd MŞ sədri Rəşad Məcidin qardaş ölkəyə səfəri çərçivəsində ərsəyə gəlib.

presstvaz bildirir ki, R.Məcid və Türkiyə Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimin imzaladıqları protokoldan məqsəd Türkiyə və Azərbaycanın media qurumları və jurnalistləri arasında qarşılıqlı iş birliyini gücləndirməkdən, peşəkar təcrübə mübadiləsini təşviq etməkdən və ortaq media layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, tərəflər konkret olaraq, media təhsili və peşəkar inkişaf proqramlarının təşkilini, jurnalist mübadiləsini və ortaq təlimlərin keçirilməsini, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırırlar. Həmçinin, qarşılıqlı səfərlərin, forum və konfransların təşkili, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas istiqamətləri sırasındadır.

Ümumən, tərəflər imzaladıqları bu sənədlə iki ölkə arasında media əməkdaşlığının institusional əsasda inkişafına, regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksələcəyinə ümid bəsləyirlər.

Onu da bildirək ki, M.A.Dim Azərbaycan və Türkiyə media əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Mətbuat Şurasının diplomu ilə təltif olunub. R.Məcid diplomu türkiyəli həmkarına təqdim edib.

Rəşad CƏFƏRLİ,

presstvaz Azərbaycan xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.