“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu adını qoruyur

“Kapital Bank” qeyri-neft sektoru üzrə vergi rekordçusu adını qoruyur






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forum keçirilib. Rəqəmsallaşma ilə yanaşı, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulması istiqamətində həyata keçiriləcək layihələrin müzakirə olunduğu forumda vergi rekordçuları da elan olunub. Nəticədə ölkənin birinci bankı “Kapital Bank” Dövlət Vergi Xidməti tərəfindən növbəti dəfə “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan olunub. Bu nailiyyət bankın regionda maliyyə şəffaflığı, hesabatlılıq və dayanıqlı iqtisadi inkişafın əsas simalarından biri kimi mövqeyini daha da gücləndirib.

Qeyd edək ki, bu mükafat Azərbaycanın şəffaf və data əsaslı rəqəmsal iqtisadiyyata doğru strateji keçidi ilə tam üst-üstə düşür. Dövlət Vergi Xidmətinin süni intellektə və proaktiv analitikaya əsaslanan idarəetmə modelinə keçid vizyonu, bankın maliyyə xidmətlərinə innovativ və texnologiyayönümlü yanaşmasını tamamlayır.

“Bir ekosistemi”nin və “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov bankın ikinci dəfə bu mükafata layiq görülməsini şəffaflıq və korporativ məsuliyyət prinsiplərinin ən güclü göstəricisi adlandırıb: “Azərbaycan rəqəmsal və data əsaslı iqtisadiyyata keçidin sürətləndiyi bir dövrdə “Kapital Bank” olaraq bu transformasiyanın ön sıralarında olmaqdan qürur duyuruq”.

Qeyd edək ki, ölkənin aparıcı maliyyə institutlarından biri olan “Kapital Bank” uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196” əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – www.kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – www.kbl.az/prcrc.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv