Paşinyan Sarqsyan və Koçaryanla qarşı-qarşıya: “KQB-nin himayəsi ilə reallaşdırılan ssenariyə qayıtmağı təklif edirlər”

Paşinyan Sarqsyan və Koçaryanla qarşı-qarşıya: “KQB-nin himayəsi ilə reallaşdırılan ssenariyə qayıtmağı təklif edirlər”






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Münaqişə, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin eks prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın son günlər Qarabağ ətrafındakı keçmiş danışıqlar prosesi barədə fikirlərinə cavab verib.

presstvaz xəbər verir ki, bu barədə Ermənistan baş naziri “Facebook” hesabında yazıb.

O, Serj Sarqsyan və Robert Koçaryanın ölkə mətbuatındakı çıxışlarına cavab olaraq bildirib ki, danışıqlar prosesi barədə sənədlər dərc olunacaq və bundan sonra prosesin digər qüvvələrin əlində Ermənistan üçün “xalta” olması fikri sübuta yetiriləcək:

“Son günlər Koçaryan və Sarqsyanın verdiyi bəyanatlar təsdiq edir ki, Qarabağ məsələsi Ermənistanı “yaxındakı ağaca” bağlamaqdan ötrü “xalta” olub. Xalqların hüquqları, tarixi ədalət və bənzər terminlər başlıca məqsəd üçün sadəcə pərdələmə olub. Bütün danışıqlar prosesi və təkliflər xaltanın qısaldılmasına yönəlmişdi. İlin sonuna danışıqlar üzrə sənədlər dərc ediləcək və bu, daha da aydınlaşacaq”.

Nikol Paşinyan bildirib ki, “xalta”nın qısaldılması prosesinin məqsədi Ermənistanın dövlətçiliyinin itirilməsi idi və münaqişə yalnız bu yolla başa çata bilərdi.

“Koçaryan və Sarqsyan əvvəlcədən “Lenin, partiya, Qorbaçov” şüarı altında və çox güman ki, KQB-nin himayəsi altında yazılan və reallaşdırılan bu ssenariyə qayıtmağı təklif edirlər. Onların imkanları aşkar sıfıra bərabər olduğundan köhnə çekistlərin himayədarlığı altında “gənclərdən ibarət Lenin-partiya-Qorbaçov koqortası” formalaşdırmaq cəhdləri göstərilir. Gözlənilən nəticə: “0+0=0″. Qarabağı tərk etmiş ermənilər hökumətin dəstəyi ilə Ermənistana yerləşdirilməlidirlər. Bəli, bu, miqyaslı, çətin və resurs tələb edən proqramdır, lakin onu reallaşdırmağa davam edəcəyik”.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında eks prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın Qarabağla bağlı keçmiş danışıqlar prosesi ətrafında fikirləri tirajlanır. Eks-prezidentlər keçmiş danışıqlar prosesində Ermənistan üçün əlverişli məqamların olduğunu, fürsətlərin əldən verildiyini iddia edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə özünün sosial şəbəkə hesabındakı paylaşımları ilə bu iddiaları təkzib edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv