Rusiya geri çəkilir?

Rusiya geri çəkilir?






presstv

"Presstv"az #ABŞ, #Müharibə, #Quru Qoşunları, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Ordusu Ukraynanın Konstantinovka şəhərinə hücumların intensivliyini azaldıb.

presstvaz xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bildirirlər ki, bu, Rusiya Ordusunun hücum strategiyasının dəyişməsi ilə bağlıdır. Hazırda əsas diqqət Ukraynanın Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsi istiqamətində cəmlənib.

Məlumata görə, Rusiya qüvvələri Pokrovskun cənub-şərq istiqamətində müəyyən irəliləyiş əldə edib. Şəhərlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirilir, eyni zamanda artilleriya sistemlərindən də istifadə olunur. Quru qoşunları isə əsasən kiçik hücum dəstələri ilə irəliləməyə çalışır.

Rusiyalı hərbi bloqerlərin məlumatına əsasən, Pokrovskun şimal-şərq hissəsi artıq rus qüvvələrinin nəzarətindədir. Mirnoqrad şəhərinin də şimal və cənub-şərq istiqamətləri Rusiya Ordusu tərəfindən ələ keçirilib. Bununla belə, Ukrayna qüvvələri Zatışka yaşayış məntəqəsində rus hərbçilərinin geri çəkilməsinə nail olublar.

Pokrovsk istiqamətində yerləşən Ukrayna batalyonunun komandiri qeyd edib ki, Rusiya Ordusu müdafiə xəttini birbaşa deyil, dolayısı ilə yarmağa çalışır:

"Üzbəüz toqquşmalarda böyük itkilər verdikləri üçün dolayısı taktikalara üstünlük verirlər. Hücumlarda təlimsiz əsgərlər ön xəttə göndərilir, bu da əsas piyada bölmələrinin PUA və artilleriya zərbələrindən qorunmasına şərait yaradır".

Hazırda Pokrovsk ətrafında Rusiyanın üç hərbi dəstəsinin cəmləşdiyi bildirilir. Bu vəziyyət Ukrayna Ordusunun rus qüvvələrini şəhərdən sıxışdırıb çıxarmasını çətinləşdirir. Ukrayna hərbçiləri isə mühasirədən çıxmaq və əlavə qüvvələrin cəmlənməsi üçün vaxt qazanmağa çalışırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv