“Qurbanovun eyni klubda 17 il işləməsi inanılmazdır” – Mareska

“Qurbanovun eyni klubda 17 il işləməsi inanılmazdır” – Mareska






presstv

"Presstv"az #Futbol, #İngiltərə, #London, #Mətbuat konfransı, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Çelsi"nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

45 yaşlı italiyalı mütəxəssis "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Onlar yaxşı komandadırlar. "Benfika" və "Kopenhagen"i məğlub ediblər. "Bilbao"ya da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu şübhəsiz ki, çətin oyun olacaq. "Qarabağ" həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Ev oyunlarında, xüsusilə daha aqressiv və intensiv çıxış edirlər. Qarşılaşmaya gəldikdə isə bu oyun bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni qazandıra bilər. Əlbəttə, bəzi futbolçuları rotasiya etmək lazım olacaq. Çünki cümə günü səhər saat 6-da Londona qayıdacağıq və şənbə günü oyun var. Biz uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq".

Çalışdırıcı həmçinin Qurban Qurbanov barədə danışıb: "Qarabağ"ın baş məşqçisinin uzunmüddətli fəaliyyətinə gəlincə, bu mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək – bu həqiqətən heyrətamizdir. Burada (Kobhamda) olmaq vacib idi. Həm oyuna hazırlaşmaq, həm də uçuşu nəzərə alaraq bütün enerjini bərpa etmək baxımından hər iki vəziyyəti tarazlaşdırmağa çalışırıq. Biz İngiltərə vaxtına uyğun qalacağıq. "Qarabağ" da bizim kimi iki qələbə qazanıb. Onlar çox yaxşı və təşkilatlanmış komandadır. Bu, çətin oyun olacaq".

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv