Moskvada miqrantlara qarşı kütləvi yoxlamalar keçirilib: 1300-dən çox şəxs deportasiya ediləcək

Moskvada miqrantlara qarşı kütləvi yoxlamalar keçirilib: 1300-dən çox şəxs deportasiya ediləcək






presstv

"Presstv"az #Audi, #Deportasiya, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın paytaxtı Moskvada “Neleqal-2025” kompleks əməliyyat tədbirlərinin ikinci mərhələsi çərçivəsində miqrasiya qanunvericiliyinin 12 mindən çox pozuntusu aşkar edilib, 1 300-dən çox miqrantın deportasiyası barədə qərar qəbul edilib.

presstvaz-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vladimir Vasenin bildirib.

“Ümumilikdə tədbir çərçivəsində polis əməkdaşları tərəfindən miqrasiya qanunvericiliyinin 12 mindən çox pozuntusu aşkar edilib, onlardan 8 300-dən çox xarici vətəndaş giriş və çıxış qaydalarının pozulmasına görə, 1 300 nəfər isə ölkədə olma qaydalarına riayət etmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunub”, – deyə o qeyd edib.

Vasenin izah edib ki, yoxlamalar Moskvanın ictimai yerlərində – ictimai iaşə nöqtələrində, hostellərdə və tikinti obyektlərində aparılıb.

“2 700 xarici vətəndaş barəsində Rusiya hüdudlarından deportasiya haqqında qərar qəbul edilib, o cümlədən 1 300-dən çoxu Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib. Dövlət sərhədindən məcburi köçürülmə formasında 803 miqrant ölkədən çıxarılıb, 43 nəfər isə deportasiya olunub. Bundan əlavə, 6 min xarici vətəndaşa Rusiyaya giriş qadağan edilib”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv