Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ

Dünyanın ən yaşlı qadınının uzunömürlülük SİRRİ






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Bakteriya, #COVID-19, #DNT, #İspaniya, #İspaniyanın, #Qocalma, #Sağlam qocalma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər dünyada ən uzunömürlü insan kimi tanınan Maria Branyas Moreranın DNT-sini araşdıraraq onun uzunömürlülüyünün səbəblərindən birini müəyyənləşdiriblər.

presstvaz xarici mənbələrə istinadən xəbər verir ki, ABŞ-də doğulan, lakin ömrünün böyük hissəsini İspaniyanın şimal-şərqində yaşayan Branyas ötən il 117 yaşında dünyasını dəyişib.

Tədqiqatçılar bildiriblər ki, onun gündə üç dəfə qatıq yeməsi sağlam qocalmasına və uzunömürlülüyünə mühüm təsir göstərib. Alimlərin fikrincə, Branyasın rasionunda probiotik qatığın xüsusi yer tutması orqanizmdə faydalı bakteriyaların fəaliyyətini gücləndirib və immun sistemini möhkəmləndirib.

Maria Branyas öz uzunömürlülüyünü həm yaxşı genetika, həm də şansa bağlayırdı. Aparılan genetik araşdırmalar bu fikirləri qismən təsdiqləsə də, alimlər onun qidalanma vərdişlərinin də mühüm rol oynadığını vurğulayıblar.

Məlum olub ki, Branyasın bioloji yaşı real yaşından 23 il gənc olub. Onun gündəlik menyusuna qatıqla yanaşı, liflə zəngin qidalar və hər səhər səkkiz növ dənli bitkidən hazırlanmış smuzi daxil idi. Bu qidalar bağırsaq mikroflorasını gücləndirərək sağlamlığını dəstəkləyib.

Qeyd edək ki, Maria Branyas ömrünün təxminən 110 ilini İspaniyada keçirib. O, 2020-ci ildə COVID-19-a yoluxub və sağalıb, bununla da dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi tarixə düşüb.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv