Zəngilanın azad edilməsindən 5 il ötür

Zəngilanın azad edilməsindən 5 il ötür






Rəşad Cəfərli

"Presstv"az #Azərbaycan, #Azərbaycan Ordusu, #Beynəlxalq Hava Limanı, #Böyük Qayıdış, #Cəbrayıl, #Hadisə, #İlham Əliyev, #Müharibə, #Quba, #Rəşad CƏFƏRLİ, #Vətən müharibəsi, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Qarabağın qapısı yenidən dirçəlir 

       presstvaz xatırladır  ki, bu gün – 20 oktyabr 2025-ci il – Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan tarixi bir gün qeyd olunur. Zəngilan şəhərinin işğaldan azad edilməsindən düz beş il ötür. 2020-ci ilin bu günü Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhərini və bir sıra kəndləri düşmən işğalından azad etmişdi.

       Zəngilanın azad edilməsi Vətən müharibəsinin gedişində strateji dönüş nöqtələrindən biri sayılırdı. Bu hadisə ilə Azərbaycan ordusu həm Cəbrayıl, Qubadlı və Laçın istiqamətində əməliyyatların genişlənməsi üçün mühüm strateji üstünlük qazandı, həm də Zəngəzur dəhlizinə doğru mühüm bir addım atdı.

Yenidənqurma və böyük qayıdış mərhələsi

       Son beş ildə Zəngilan sürətlə bərpa olunur. Şəhərdə yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və Ağıllı kənd layihələri reallaşdırılır. Ərazidə inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafına yeni nəfəs verib.

       Bu gün doğma yurduna qayıdan zəngilanlılar torpaqlarının yenidən canlanmasına şahidlik edirlər. Bütün bu uğurlar Azərbaycan dövlətinin gücü, xalqın birliyi və şəhidlərimizin müqəddəs qanı hesabına əldə olunub.

       presstvaz Azərbaycan xəbər portalı xatırladır ki, Zəngilanın azad edilməsi təkcə bir şəhərin azadlığı deyil, həm də 30 illik həsrətin bitməsi, milli qürurun bərpası idi. Bu gün Zəngilan yalnız Azərbaycanın xəritəsində deyil, həm də hər bir vətənpərvər azərbaycanlının qəlbində dirçələn bir simvoldur.

Rəşad  CƏFƏRLİ,

Mənbə: Presstv.az – Azərbaycan xəbər portalı

Presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.