ABŞ və Fars körfəzi ölkələri İrana görə Ukraynadan kömək istədilər

ABŞ və Fars körfəzi ölkələri İrana görə Ukraynadan kömək istədilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və Fars körfəzi ölkələri “Səma qalası” kimi tanınan akustik aşkarlama sisteminin analoqunun yaradılması üzrə Ukrayna ilə danışıqlar aparırlar. Sistemin yaradılmasında məqsəd İranın hücum dronlarının qarşısının alınmasıdır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri Ukrayna rəsmilərinə, dron istehsalı şirkətlərinin nümayəndələrinə və müzakirə iştirakçılarından birinə istinadən məlumat verib.

Onların sözlərinə görə, danışıqlar hökumət, hərbi və özəl səviyyələrdə aparılır.

“ABŞ-lilər (Ukraynaya) konkret sorğular göndəriblər, biz onlara lazım olanı təqdim edəcəyik”, – mənbə bildirib.

O, Fars körfəzi ölkələri ilə danışıqları daha mürəkkəb adlandırıb. Eyni zamanda, Ukraynanın yüksəkvəzifəli rəsmisi qeyd edib ki, ölkəsinin hərbçiləri yaxın zamanda İranın dron hücumlarını dəf etməyə kömək etmək üçün Fars körfəzi ölkələrinə gedəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv