KİV: BƏƏ-nin hava məkanındakı məhdudiyyətlər martın 16-dək qüvvədə qala bilər

KİV: BƏƏ-nin hava məkanındakı məhdudiyyətlər martın 16-dək qüvvədə qala bilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanında tətbiq olunan uçuş məhdudiyyətləri martın 16-dək qüvvədə qala bilər.

presstvaz xəbər verir ki, bu barədə ölkənin aviadispetçer dairələrindəki mənbə TASS-a bildirib.

Mənbənin sözlərinə görə, BƏƏ-nin hava məkanı martın 16-sı saat 16:00-dək (Bakı vaxtı ilə eynidir – red.) qismən bağlı qalacaq. Yerli hava limanlarına uçuşlar və əks istiqamətdə reyslər üçün müəyyən marşrutlar ayrılıb.

Qeyd olunub ki, bu marşrutlar qonşu Oman və Səudiyyə Ərəbistanı hava məkanından keçərək ölkə hava limanlarına istiqamətlənir və aviaşirkətlər bu marşrutlara ciddi əməl etməlidirlər. Mənbə əlavə edib ki, mülki aviasiya üçün təhlükə yaranacağı təqdirdə əlavə tədbirlər görülə bilər.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra qismən bağlanmışdı. Martın 2-dən etibarən ölkə hava limanları müəyyən məhdudiyyətlərlə yenidən təyyarələri qəbul etməyə və göndərməyə başlayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv