Qızıl bazarında “məzənnə yarışı”: Qiymətlər hər gün dəyişir – VİDEO

Qızıl bazarında “məzənnə yarışı”: Qiymətlər hər gün dəyişir – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qlobal iqtisadiyyatda baş verən dalğalanmalar yerli qızıl bazarına da təsirsiz ötüşmür.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər qızılın qiyməti həftələrlə sabit qalırdısa, indi vəziyyət tamamilə dəyişib. Satıcılar bildirirlər ki, artıq hər gün fərqli qiymətlərlə satışa başlayırlar.

Başqa sözlə, bir gün ucuzlaşan qızıl növbəti gün yenidən bahalaşa bilir. Bu isə alıcılar üçün büdcə planlaşdırmasını çətinləşdirir.

Satıcılar qiymət artımını əsasən dünya miqyasında baş verən hərbi münaqişələr və qlobal bazarlardakı qeyri-sabitliklə əlaqələndirirlər.

Qiymət artımı ilə yanaşı, bazarda mövsümi durğunluq da müşahidə olunur. Toyların az olması və Ramazan ayı satış həcminə birbaşa təsir göstərib.

Hazırda həm satıcıların, həm də alıcıların ümidi mart ayına və qarşıdan gələn bayramlara bağlanıb. Lakin qlobal siyasi vəziyyət dəyişmədiyi təqdirdə qızıl bazarındakı qeyri-sabitliyin bir müddət də davam edəcəyi ehtimal olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv