Luvrdan oğurlanmış bəzi qızıl-zinət əşyaları tapılıb

Luvrdan oğurlanmış bəzi qızıl-zinət əşyaları tapılıb






presstv

"Presstv"az #Audi, #Fransa, #Hadisə, #Paris, #Qarət hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 19-da səhər saatlarında Luvrdan oğurlanmış doqquz zinət əşyasından bəziləri artıq tapılıb.

presstvaz xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Tapılan əşyalar arasında imperator III Napoleonun həyat yoldaşı Yevgeniyanın tacı da var.

Qəzet, həmçinin quldurluqda dörd cinayətkarın da iştirak etdiyini yazıb. Onlardan ikisi fəhlə kimi sarı jilet geyinib, digər ikisi isə muzeyin pəncərəsi altında skuterlərdə gözləyiblər.

Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, oğruluq dörd dəqiqə çəkib. Cinayətkarlar tikinti işlərinin aparıldığı Sena sahilindən binaya daxil olublar. Onlar muzeyə daxil olmaq üçün kran maşınından istifadə ediblər. İki oğru pəncərələri sındıraraq, Apollon qalereyasına daxil olub və oradan qiymətli əşyaları oğurlayıblar.

15:00

Oktyabrın 19-u səhər Parisdəki Luvr muzeyində qarət hadisəsi baş verib.

presstvaz bildirir ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, istintaq tədbirləri görülür.

“Le Parisen” qəzetinin məlumatına görə, bir neçə cinayətkar muzeydə pəncərələri sındıraraq, zərgərlik və zinət əşyalarını oğurlayıblar.

Onlar hadisə yerindən qaçmağa müvəffəq olublar. Məlumata görə, cinayətkarların üzərində silah olub.

Luvr administrasiyası muzeyi ziyarətçilər üçün bağlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv