Hansı meyvələri birlikdə yemək olmaz? – Diyetoloqlardan XƏBƏRDARLIQ

Hansı meyvələri birlikdə yemək olmaz? – Diyetoloqlardan XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Audi, #Macarıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nar və bananın birlikdə qəbulu həzm sistemi üçün təhlükəli hesab olunur, hətta bəzi hallarda bu birləşmə bağırsaq keçməzliyinə səbəb olaraq insan həyatı üçün risk yarada bilər.

presstvaz xəbər verir ki, bu barədə Macarıstanın “Origo” nəşri diyetoloqların rəyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, nar liflə zəngindir və çətin həzm olunur, bananın tərkibində isə yüksək miqdarda pektin maddəsi var.

“Pektin nar dənələrinin bağırsaqlarda şişməsinə səbəb olur. Bu zaman toxumlar kütlə halında yığılır və həmin kütlənin hərəkəti çətinləşir. Nəticədə bu kütlə quruyaraq bağırsaq traktını tıxaya bilər”, – deyə materialda bildirilir.

Məqalə müəllifinin sözlərinə görə, narla bananın birgə qəbulu xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir. Çünki onlar çox vaxt kifayət qədər su qəbul etmirlər ki, bu da həzmi ləngidir.

Bundan əlavə, oxşar təsir göstərə biləcək başqa birləşmələr də var. Məsələn, alma, müsli, çia toxumu, liflə zəngin armud və ya narı tərkibində yüksək pektin olan heyva, qarağat, gavalı, böyürtkən, qarğıdalı və ərik kimi meyvə və giləmeyvələrlə eyni vaxtda yemək məsləhət görülmür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv