Gələn il ABŞ-də Stiv Cobsun təsviri olan sikkə buraxılacaq

Gələn il ABŞ-də Stiv Cobsun təsviri olan sikkə buraxılacaq






presstv

"Presstv"az #ABŞ, #Apple, #Audi, #Dollar, #Kaliforniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ zərbxanası “American Innovation” (Amerika innovasiyaları) silsiləsindən 2026-cı ildə buraxılacaq dollar sikkələrinin dizaynlarını təqdim edib. Sikkələrdən biri “Apple “şirkətinin həmtəsisçisi Stiv Cobsa həsr olunub.

presstvaz xəbər verir ki, sikkələrin dizaynı zərbxananın saytında təqdim edilib.

Əsası 2018-ci ildə qoyulmuş “American Innovation” seriyası ABŞ-də əldə olunan əhəmiyyətli nailiyyətləri qabardır. ABŞ zərbxanası hər bir dizaynın yaradılması üçün ştatlarla və ekspertlərlə əməkdaşlıq edir, lakin dizaynın son variantını maliyyə naziri seçir.

Bildirilib ki, sikkə Kaliforniya mənzərəsi fonunda gənc Stiv Cobsun təsviri ilə təqdim olunub. Sikkə Cobsun sadə və əlçatan texnologiyalar yaratmaq səylərini əks etdirir.

Qeyd olunub ki, sikkələr 2026-cı ildən etibarən zərbxananın saytında 13.25 dollara satılacaq. Bundan əlavə, dörd sikkədən ibarət dəst 27.5 dollara təqdim ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv