Azərbaycanda yeni institutların yaradılması nəzərdən keçirilir

Azərbaycanda yeni institutların yaradılması nəzərdən keçirilir






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Yenidənqurma və İnkişaf Bankı, #Azərbaycan, #Bakı, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində yeni institutların yaradılması nəzərdən keçirilir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda PPP hələ inkişafın ilkin mərhələsindədir və bəzi dövlət qurumlarının nümayəndələri, eləcə də özəl tərəflər və investorlar bu mexanizm barədə kifayət qədər məlumatlı deyil: “İqtisadiyyat Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə sıx əməkdaşlıq edir. Bu təşkilatların təcrübəsindən yararlanmaq bizim üçün böyük üstünlükdür. Azərbaycanda artıq xüsusi PPP bölməsi mövcuddur və gələcəkdə bu sahədə daha təsirli institutların yaradılması nəzərdən keçirilə bilər”.

T.Vüsət əlavə edib ki, son üç ildə əsas diqqət maarifləndirmə işlərinə yönəlib: “PPP çox faydalı alətdir, lakin onu düzgün idarə etməyi bacarmaq vacibdir. Əks halda, fayda gətirmək əvəzinə zərər verə bilər. Bu səbəbdən dövlət qurumlarının bu sahəni yaxşı bilən mütəxəssislərlə işləməsi mühüm əhəmiyyət daşıyır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv