Təzyiq dərmanını səhər, yoxsa axşam içək?

Təzyiq dərmanını səhər, yoxsa axşam içək?






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Hadisə, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada aparılan və "The Lancet" jurnalında dərc olunan nəhəng klinik sınaq – TIME (Treatment in Morning versus Evening) – hipertoniya xəstələrinin ən çox verdiyi suallardan birinə aydınlıq gətirib: təzyiq dərmanını səhər içmək daha yaxşıdır, yoxsa axşam?

presstvaz saglamolun.az-a istinadən xəbər verir ki, tədqiqatda 21 mindən çox hipertoniya xəstəsi iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb: biri səhər, digəri isə axşam dərman qəbul edib. Onlar illərlə izlənilib və ürək tutması, insult və ölüm halları müqayisə olunub.

Nəticə gözlənildiyi kimi sadə olmayıb: axşam qəbulun səhərdən əhəmiyyətli üstünlüyü aşkarlanmayıb. Yəni kardiovaskulyar hadisələrin tezliyi hər iki qrupda eyni səviyyədə olub. Bu, illərdir aparılan "axşam qəbul daha yaxşı qoruyur" iddialarına ciddi cavab sayılır.

Alimlər qeyd edirlər ki, bəzi xəstələrdə axşam qəbul qan təzyiqinin gecə nəzarətini yaxşılaşdıra bilər, lakin bu, hamıya aid deyil. Üstəlik, sidikqovucu tərkibli dərmanların axşam qəbul edilməsi yuxu pozğunluğuna səbəb ola bilər.

Araşdırmanı aparan "University of Dundee" və bir neçə britaniyalı klinik mərkəzin alimləri vurğulayıb ki, əsas məsələ dərmanı vaxtında və mütəmadi qəbul etməkdir. Qəbul saatını isə həkimlə birgə, şəxsi həyat tərzinə və dərmanın növünə uyğun müəyyənləşdirmək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv