Ağcaqanad fabriki açıldı – Həftəyə 190 milyon havaya buraxacaqlar

Ağcaqanad fabriki açıldı – Həftəyə 190 milyon havaya buraxacaqlar






presstv

"Presstv"az #Bakteriya, #Braziliya, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliyada dünyanın ən böyük "ağcaqanad fabriki" açılıb.

presstvaz xəbər verir ki, Braziliyanın San-Paulu ştatının Kampinas şəhərində dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki fəaliyyətə başlayıb.

"Oddity Central"ın məlumatına görə müəssisə həftədə 190 milyon ağcaqanad istehsal edə bilir. Layihə ölkədə sürətlə yayılan denge qızdırması ilə mübarizə məqsədi daşıyır.

1300 kvadratmetr ərazidə yerləşən bu müəssisədə Wolbachia adlı zərərsiz bakteriya ilə yoluxdurulmuş Aedes aegypti növündən olan ağcaqanadlar yetişdirilir. Sözügedən bakteriya ağcaqanadın orqanizmində denge virusunun çoxalmasının qarşısını alır. Beləliklə, bu ağcaqanadlar təbiətə buraxıldıqda insanlara virus ötürə bilmir və onların nəsli də bu xüsusiyyəti miras alır.

Fabrikdə yetişdirmə prosesi tam nəzarət altında olacaq. Belə ki, sürfələr xüsusi temperaturda suda böyüdülür, erkək ağcaqanadlara şəkərli məhlul, dişilərə isə heyvan qanı ilə dolu, insan dərisini təqlid edən paketlər verilir. Ağcaqanadlar təxminən bir ay yaşayır, bu müddətdə çoxalır və yumurta qoyurlar. Növbəti dövr bu yumurtalardan başlayır.

Mütəxəssislər bildirir ki, bu metod artıq bir neçə ölkədə effektivliyini sübut edib, lakin Braziliya ilk dəfə bu texnologiyanı bu qədər geniş miqyasda tətbiq edir. Bunun səbəbi ölkədə denge xəstəliyinin rekord səviyyədə yayılmasıdır. Belə ki, 2024-cü ildə dünyada qeydə alınan bütün halların 80%-i Braziliyanın payına düşüb.

 

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv