Tramp və FIFA prezidenti arasında dialoq: İran milli komandası DÇ-2026-da iştirak edəcək?

Tramp və FIFA prezidenti arasında dialoq: İran milli komandası DÇ-2026-da iştirak edəcək?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Trampla görüşümüzdə İrandakı cari vəziyyət və İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirakı əsas müzakirə mövzularından oldu”.

presstvaz xəbər verir ki, bu barədə beynəlxalq futbol ictimaiyyətinə açıqlama verən FIFA prezidenti Canni İnfantino ABŞ lideri Donald Trampla baş tutan görüşünün detallarını bölüşərkən bildirib.

“Dialoqumuz əsnasında cənab Tramp İran yığmasının ABŞ-nin ev sahibliyi edəcəyi turnirdə çıxış etmək hüququnun olduğunu xüsusi diqqətə çatdırdı. Hazırkı dövrdə bəşəriyyətin insanları bir araya toplayan dünya çempionatı kimi miqyaslı tədbirlərə hər zamankından daha çox ehtiyacı var. Göstərdiyi yüksək dəstəyə görə ABŞ prezidentinə dərin minnətdarlığımı bildirirəm – bu addım futbolun dünyanı həqiqətən birləşdirdiyini bir daha sübuta yetirir”, – deyə FIFA rəhbəri əlavə edib.

Xatırladaq ki, futbol üzrə 2026-cı il Dünya Çempionatı 11 iyun və 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv