400 min km-ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı

400 min km-ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avto, #avtomobillər, #Lexus, #Lexus RX, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin "iSeeCars" agentliyi ən dayanıqlı SUV və krossoverləri açıqlayıb.

presstvaz xəbər verir ki, "iSeeCars" avtomobil agentliyi ən dayanıqlı krossover və SUV modellərinin siyahısını dərc edib. Araşdırmada 174 milyon avtomobildən çox model təhlil edilib və 402 min kilometr və daha çox məsafə qət etməyə ən yüksək potensiala malik avtomobillər müəyyən edilib.

Siyahının lideri Toyota Sequoia olub. Onun 402 min kilometrə çatmaq ehtimalı 39,1% təşkil edir. İkinci yerdə Toyota 4Runner (32,9%), üçüncü yerdə isə Toyota Highlander Hybrid (31%) qərarlaşıb. Top-10-luq siyahıya həmçinin Lexus GX, Lexus RX (hybrid), Honda Pilot, Toyota Highlander, Chevrolet Suburban, Lexus RX və Honda CR-V daxil edilib.

Əvvəlki araşdırmada isə Hotcars portalı son on ildə ən etibarlı Toyota avtomobillərinin reytinqini təqdim edib. Siyahıda birinci yeri 2014-cü il Toyota Camry, ikinci yeri 2014 Toyota Venza, üçüncü yeri isə 2020-ci il Toyota C-HR tutub. Ekspertlər qeyd ediblər ki, Camry modeli geri çağırış kampaniyalarından və kütləvi şikayətlərdən kənar olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv