Rusiyada Ukraynanın təlimatı ilə təyyarə partlatmaq istəyən şəxs saxlanıldı

Rusiyada Ukraynanın təlimatı ilə təyyarə partlatmaq istəyən şəxs saxlanıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərbi təyyarələrə dron hücumları hazırlayan Rusiyanın Vladimir vilayətinin 35 yaşlı sakini saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Müəyyən edilib ki, Vladimir vilayətinin sakini “WhatsApp” vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin agenti ilə proaktiv şəkildə əlaqə saxlayıb və onun təlimatları ilə hərəkət edib. O, Moskva və Kaluqa bölgələrinə pilotsuz uçuş aparatlarının, eləcə də partlayıcı maddələrin, cihazların, diversiya və terror aktı həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqların çatdırılmasını təşkil edib.

Xidmətdən verilən məlumata görə, həmin şəxs rəhbərinin təlimatı ilə dəfələrlə Vladimir və İvanovo bölgələrində, Moskvada yerləşən aerodromlara səfər edib.

Xəbərdə o da qeyd olunub ki, saxlanılan şəxsin Vladimir bölgəsindəki evində dronlar, onların komponentləri, antenaları, portativ videokameralar, partlayıcı maddələr, qurğular, notbuk və rabitə avadanlığı aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv