Meydandakı dava baha başa gəldi: “Sabah” və “Qarabağ” klublarına AĞIR CƏZA

Meydandakı dava baha başa gəldi: “Sabah” və “Qarabağ” klublarına AĞIR CƏZA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AFFA qalmaqallı matçdan sonra “Sabah” və “Qarabağ” klublarına qarşı sərt sanksiyalar tətbiq edib.

presstvaz xəbər verir ki, müvafiq qərar AFFA-nın İntizam Komitəsinin son iclasında qəbul olunub.

Məlumata görə, Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan “Qarabağ”la gərgin qarşılaşmada rəqibin ehtiyat skamyasına qarşı qeyri-etik jest nümayiş etdirən “Sabah”ın məşqçisi Valerio Zuddas yeddi oyunluq diskvalifikasiya edilib. Bu hərəkətinə görə “Sabah” klubu 15 000 manat məbləğində cərimə ödəməli olacaq.

Eyni zamanda, həmin qarşılaşma zamanı yaranmış kütləvi davada iştirak etdikləri üçün “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə də cəzasız qalmayıblar. Hər iki mütəxəssis altı oyunluq cəzaya məruz qalıb və Ağdam klubu onların hər birinə görə 6 min manat olmaqla, ümumilikdə 12 min manat cərimə ödəyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv