Trampdan parasetamolla bağlı xəbərdarlıq: ABŞ-də həkimlər hamilələrə bu dərmanı yazmayacaqlar

Trampdan parasetamolla bağlı xəbərdarlıq: ABŞ-də həkimlər hamilələrə bu dərmanı yazmayacaqlar






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Hakim, #Kuba, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hamiləlik zamanı parasetamol istifadəsi uşaqlarda autizm riskini artırır”.

presstvaz-ın TASS-a istinada verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bu barədə bəyan edib.

Trampın sözlərinə görə, bundan sonra ABŞ Səhiyyə Nazirliyinin Qida və Dərman İdarəsi (FDA) vətəndaşları hamiləlik zamanı parasetamol (həmçinin “Tylenol” kimi tanınır) qəbulunun yarada biləcəyi təhlükələr barədə məlumatlandıracaq.

ABŞ lideri, həmçinin statistikaya istinad edərək bildirib ki, təxminən 20 il əvvəl ABŞ-də autizm yalnız hər 10 min uşaqdan birində müşahidə olunurdu, lakin son illər bu göstərici əhəmiyyətli dərəcədə artıb və indi xəstəlik hər 31-ci uşaqda qeydə alınır.

Tramp misal olaraq kənd yerlərində təcrid olunmuş şəkildə yaşayan amiş icmasını göstərib. Ağ Ev rəhbərinin əminliyinə görə, onlar parasetamoldan imtina etdikləri üçün autizm problemi ilə qarşılaşmırlar. Bundan əlavə, ABŞ prezidenti Kubada autizm xəstəliyinin aşağı səviyyədə olduğunu bildirib, çünki bu ölkədə “parasetamol almağa pul yoxdur”.

Amerika lideri vəd edib ki, ABŞ hakimiyyəti autizmə qarşı dərman tapacaq.

Xatırladaq ki, ABŞ Prezidenti bir gün əvvəl autizm probleminin cavabını tapdıqlarını və bu barədə rəsmi açıqlama verəcəyini elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv