Tam dolu çənlə 2000 km yürüş məsafəsi mümkündür?

Tam dolu çənlə 2000 km yürüş məsafəsi mümkündür?






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Babək prospekti, #Geely, #Nəqliyyat, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elektrik və hibrid avtomobillərinin sürətli inkişafı ilə yanaşı, sürücülərin ən böyük narahatlıqlarından biri – “məsafə narahatlığı” (range anxiety) olaraq qalır. Yolda enerji bitməsi qorxusu bu gün dünyada ekoloji təmiz nəqliyyatın daha geniş yayılması üçün əsas maneələrdən biridir.

Bu problemə cavab olaraq “Geely”nin “Galaxy L6” modeli enerji təhlükəsizliyi və uzun məsafə sahəsində yeni mərhələ açır. İnteqrasiya olunmuş qabaqcıl texnologiyalar sayəsində L6 bir dolumla 2000 km-ə qədər ümumi yürüş məsafəsi qət edə bilir. Bunun 140 km-i tam elektrik rejimində mümkün olur. Orta yanacaq sərfiyyatının cəmi 2.98 litr/100 km olması isə həm ekoloji, həm də iqtisadi baxımdan böyük üstünlükdür.

“Galaxy L6″nın texniki göstəriciləri də sürücülərə dinamikanı və təhlükəsizliyi birləşdirən təcrübə təqdim edir. Avtomobil 0-dan 100 km/saata cəmi 7.4 saniyəyə sürətlənir, maksimal sürəti isə 180 km/saata çatır. 60 litrlik yanacaq çəni isə uzun məsafələrdə əlavə rahatlıq yaradır.

Model sürücülərə gündəlik istifadədə və uzun səfərlərdə üstün imkanlar təqdim edən zəngin komplektasiya ilə gəlir:

– Rahatlıq və idarəetmə: dörd istiqamətdə mexaniki tənzimlənən sükan, lük, açarsız daxilolma, dörd sürüş rejimi (Smart/EV/Performance/Range extended).

– Dizayn və görünürlük: LED işıqlar, işıq sensoru, IHBC (intellektual uzaq vuran işıqlar), yağış sensoru, 17 düymlük yüngül xəlitəli disklər və 540° kamera.

– İnteryer və texnologiya: 14.6″ monitorlu və 8 dinamikli multimedia sistemi, 10.25″ rəqəmsal cihaz paneli, 50W naqilsiz şarj paneli, yaddaşlı, qızdırıcılı, soyuduculu və masaj funksiyalı sürücü oturacağı.

– Təhlükəsizlik: altı hava yastığı, AEB (qəza əleyhinə assistent), LDW və LKA (zolaqda saxlama sistemləri), HAC və HDC, ESC, ABS+EBD, TCS və videoqeydiyyatçı.

“Bizim məqsədimiz müştərilərimizə yalnız rahatlıq və texnologiya təqdim etmək deyil, eyni zamanda, enerji təhlükəsizliyi sahəsində etibar yaratmaqdır,” – deyə “Geely Azərbaycan” nümayəndəliyindən bildirilib.

“Galaxy L6” yalnız bir avtomobil deyil, həm də gələcəyin enerji təhlükəsizliyi konsepsiyasını təqdim edən modeldir. İstər gündəlik şəhər istifadəsi, istərsə də uzun məsafəli səyahətlər üçün “Galaxy L6”, müasir sürücülərin bütün tələblərinə cavab verən real həldir.

Rəsmi zəmanət: dörd il və ya 100 000 km

Rəsmi satış və servis mərkəzi: Babək prospekti, 35A

Əlaqə: *2299


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv