Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər – İlin sonuna qədər…

Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər – İlin sonuna qədər…






presstv

"Presstv"az #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"BakıKart"ın mobil tətbiqində mövcud olan sistem sərnişinlər arasında narazılıq yaradır. Belə ki, vətəndaşlar kartını tətbiqdə qeydiyyatdan keçirsələr də, mövcud balansdan QR vasitəsilə istifadə edə bilmirlər. Bildirilir ki, yalnız əlavə pul yükləməklə ödəniş mümkündür.

Niyə tətbiq vasitəsilə mövcud balansdan istifadə imkanı yaradılmır? Əslində sistem necə olmalıdır?

presstvaz xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əslində ictimai nəqliyyatda "BakıKart"dan istifadə çox sadə və rahat olmalıdır:

"Bununla yanaşı, vətəndaşların adi debet və kredit bank kartları vasitəsilə ödəniş edə bilməsi istiqamətində təkliflər var. Məlumata görə, bu istiqamətdə işlər aparılır və ümid edirəm ki, ilin sonuna qədər tam hazır olacaq. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də sərnişinlərin daha rahat istifadə imkanlarını təmin edəcək".

Məsələ ilə bağlı "BakıKart"ın Müştəri Xidmətlərinə də sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, "BakıKart" mobil tətbiqində kartın balansını artıraraq ondan yalnız fiziki qaydada istifadə etmək mümkündür:

"Kartdakı balansdan istifadə etməklə QR bilet əldə etmək mümkün deyil. Pul kisəsinin balansını artıraraq QR bilet əldə edə bilərsiniz. Qeyd edək ki, "BakıKart" mobil tətbiqində təkminləşdirilmə işləri aparılır".  


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv