TƏBİB Formula 1 çərçivəsində tibbi xidmət təşkil edəcək

TƏBİB Formula 1 çərçivəsində tibbi xidmət təşkil edəcək






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Bakı, #Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, #Dərman vasitələri, #Formula-1, #Həkim, #Kliniki Tibbi Mərkəz, #Neftçi, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il Formula1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi həyata keçiriləcək.

Bu barədə presstvaz-a birlikdən məlumat verilib.

Qeyd edilib ki, 18-21 sentyabrda Formula 1 yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.

Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.

Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv