Adəm Məmmədovun vəkilliyinə XİTAM VERİLDİ

Adəm Məmmədovun vəkilliyinə XİTAM VERİLDİ






presstv

"Presstv"az #Anar Bağırov, #Azərbaycan, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Vəkillər Kollegiyası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək altı ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qanuni qüvvəyə minib.

14:54

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib.

presstvaz-ın məlumatına görə, bu barədə avqustun 20-də Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub, eyni zamanda, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv