Polşanın Ukrayna ilə sərhədində baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Polşanın Ukrayna ilə sərhədində baş verən partlayışın SƏBƏBİ BİLİNDİ






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Hakim, #Polşa, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşanın şərqindəki Ukrayna ilə Lyublin voyevodalığının Osinı kəndi yaxınlığında aşkar edilən partlamış naməlum obyektin qəzaya uğramış hərbi pilotsuz uçan aparat olduğu məlum olub.

presstvaz xəbər verir ki, bu barədə “Polsat News” Lyublin prokuroru Qjeqoj Truseviçə istinadən məlumat yayıb.

Prokuror vurğulayıb ki, çox güman ki, dron partlayıcı qurğunun təsiri nəticəsində zədələnib. Qeyd olunur ki, bunlar ekspertizanın ilkin məlumatlarıdır.

14:50

Polşanın şərqində, Ukrayna ilə sərhəddən təqribən 100 km aralıda yerləşən Lyublin voyevodalığının Osinı kəndi yaxınlığında naməlum obyekt düşüb və partlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” Polşadakı yerli polisdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, kənddəki qarğıdalı sahəsinə gecə saatlarında naməlum obyekt düşüb və partlayıb. Hadisə yerində yanmış metal və plastik qalıqları aşkar edilib. Hadisə zamanı xəsarət alan olmasa da, partlayış dalğası bir neçə evin şüşələrini sındırıb. Mütəxəssislər dağıntıları araşdırmaq üçün hadisə yerində işləyirlər.

Ukrayna hərbçilərinin hesabatına əsasən, ölkənin Volın və Lvov vilayətlərinin sərhədində təxminən 1 saat ərzində GMT ilə saat 9 radələrində hava hücumu sirenləri səslənib.

Yerli hakimiyyət orqanları hələlik obyektin hərbi, yoxsa mülki fəaliyyətlə bağlı olduğunu müəyyən etməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv