İlon Mask “ChatGPT”yə görə “Apple”ı məhkəməyə verir

İlon Mask “ChatGPT”yə görə “Apple”ı məhkəməyə verir






presstv

"Presstv"az #ABŞ, #Apple, #ChatGPT, #Google, #İlon Mask, #iPhone, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı sahibkar İlon Mask “Apple” şirkətinə qarşı antiinhisar qanunvericiliyinin pozulması iddiası ilə məhkəmə iddiası qaldırıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “X” rəhbəri özünün sosial media hesabından məlumat verib.

Onun sözlərinə görə, “App Store”da elə şərait yaradılıb ki, süni intellekt sahəsində “OpenAI”dan başqa heç bir şirkət birinci yeri tuta bilməz.

Hazırda “ChatGPT” ABŞ-də “iPhone” üçün “App Store”un “Ən yaxşı pulsuz tətbiqlər” bölməsində liderlik edir. Maskın şirkəti tərəfindən hazırlanan “Grok” neyroşəbəkəsi beşinci yerdə, “Google”un “Gemini” çatbotu isə yalnız 57-ci mövqedədir.

Bundan əlavə, “ChatGPT” “App Store”da “Must-Have Apps” (“Mütləq yüklənməli tətbiqlər”) seçiminə düşən yeganə süni intellekt çatbotudur ki, bu da Maskın fikrincə, tətbiq seçimində qərəzliliyi təsdiqləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv