Ermənistan Prokurorluğu Robert Koçaryandan milyonların geri qaytarılmasını tələb edir

Ermənistan Prokurorluğu Robert Koçaryandan milyonların geri qaytarılmasını tələb edir






presstv

"Presstv"az #Ermənistan, #Hadisə, #İrəvan, #Konstitusiya Məhkəməsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryan, baş nazirin keçmiş müavini Armen Qevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovdan “1 mart qurbanları”na (2008-ci il prezident seçkisindən sonra) ayrılmış 670 milyon dramın (təxminən 3 milyon manata yaxın) geri alınmasını tələb edir.

Bu barədə presstvaz “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Xatırladaq ki, keçmiş prezident Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Qevorkyan konstitusiya quruluşunu devirməyə cəhddə (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) ittiham olunublar. 2021-ci ilin martında Konstitusiya Məhkəməsi bu maddənin əsas qanuna uyğun olmadığını qəbul etdikdən sonra işə xitam verilsə də, proses 2024-cü ilin sentyabrında bərpa edilib.

Prokurorlar Koçaryan və Xaçaturova aid edilən hərəkətləri yenidən təsnif edib və ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma ittihamını irəli sürüblər.

İttihamlar 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlıdır ki, o zaman prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları təşkil etmişdi. Etirazlar İrəvanda iğtişaşlara çevrilmiş və nəticədə 10 nəfər ölmüşdü.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv