İsrailin Livandakı əməliyyatının məqsədi məlum oldu

İsrailin Livandakı əməliyyatının məqsədi məlum oldu






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin komando bölməsi 1986-cı ildə əsir götürülən pilot Ron Aradın qalıqlarını tapmaq və geri qaytarmaq üçün Livanın şərqindəki dağlıq bölgəyə eniş edib.

presstvaz xəbər verir ki, bu barədə “Əl-Hədat” televiziyası məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail hərbçiləri Nəbi Şit şəhəri yaxınlığına eniş edərək İsrail pilotunun qalıqlarının dəfn olunduğu qəbiristanlığa doğru gediblər. Lakin onlar orada pusquya düşüblər və geri qayıtmağa məcbur olublar.

“Hizbullah” hərəkatı qırıcılarının “Əl-Şokr” qəbiristanlığı yaxınlığında İsrail bölməsinə hücuma keçdiyini təsdiqləyib.

“Düşmən bölməsi aşkar edildikdən sonra onların döyüş zonasından geri çəkilmələri üçün təyyarələr və helikopterlərdən istifadə edərək zərbələr endirilib”, – deyə hərəkatın bəyanatında qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin şturmanı Ron Arad 16 oktyabr 1986-cı ildə döyüş tapşırığı zamanı Livan üzərində “F-4 Phantom” təyyarəsi vurulduqdan sonra əsir götürülüb. Ehtimala görə, o, 1988-ci ilin may ayında əsirlikdə olarkən güllələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv