Mütəxəssis xəbərdarlıq edir: Gündüz yuxusu 30 dəqiqəni keçməməlidir

Mütəxəssis xəbərdarlıq edir: Gündüz yuxusu 30 dəqiqəni keçməməlidir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bəzi insanlar üçün gün ərzində qısamüddətli yuxu bir qədər dincəlmək və yenidən güc toplamaq baxımından faydalı ola bilər. Bu, xüsusilə, səhər tezdən duran və günün ikinci yarısında yorğunluq hiss edən insanlar, həmçinin xroniki xəstəlikləri olan və tez yorulan şəxslər üçün tövsiyə olunur”.

presstvaz xəbər verir ki, bunu Aif.ru-ya rusiyalı həkim Alyona Qavrilova deyib.

“Gündüz yuxusu qısa olmalıdır – təxminən 10-30 dəqiqə. Bu, ikinci enerji dalğası əldə etməyə kömək edir, lakin dərin yuxuya getmədən və bioloji saatın rejimini pozmadan”, – deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, əgər gündüz yuxusu yarım saatdan çox davam edərsə, insan yuxunun daha dərin mərhələsinə keçə bilər və oyanmaq çətinləşər.

“Bu isə baş ağrısına, halsızlığa və düşüncə aydınlığının azalmasına səbəb ola bilər”, – deyə Qavrilova əlavə edib.

Həkim vurğulayıb ki, gündüz yuxusu yuxusuzluqdan əziyyət çəkən insanlar üçün uyğun deyil: “Əgər yuxusuzluğu olan şəxs gündüz yatarsa, bu, gecə yuxusunun keyfiyyətini daha da pisləşdirə bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv