Alvaro Morata “Qalatasaray” rəhbərliyini tənqid atəşinə tutdu

Alvaro Morata “Qalatasaray” rəhbərliyini tənqid atəşinə tutdu






presstv

"Presstv"az #Alvaro Morata, #Futbol, #İspaniya, #İstanbul, #Qalatasaray, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyalı hücumçu Alvaro Morata “Qalatasaray”la yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.

presstvaz xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında paylaşdığı bəyanatda klubla yaşadığı problemlərə və yerinə yetirilməyən öhdəliklərə toxunub.

“Əziz “Qalatasaray” azarkeşləri və Türkiyə xalqı, mənə göstərdiyiniz sevgi, səmimiyyət və dəstəyə görə ürəkdən təşəkkür edirəm. Təəssüf ki, klubla yaşadığım təcrübədə verilən sözlərin yerinə yetirilmədiyi anlar oldu. Son ana qədər vədlər yerinə yetirilmədi, hətta əməyimlə qazandığım maaşımın bir hissəsindən və digər müqavilə hüquqlarımdan imtina etməli oldum (yayımlanan rəqəm doğru deyil).

Mənim üçün həm həyatda, həm də işdə bəzilərinə toxunmamaq lazım olan prinsiplər var – bunlardan biri də hər kəsin haqqına hörmət etməkdir. Qazanılmış olanın tanınmaması və ödənilməməsi mənə görə qəbuledilməzdir və inandığım ədalət və peşəkarlıq dəyərlərinə ziddir.

Bu məsələlər çox vaxt açıq şəkildə danışılmır, lakin mən azarkeşlərə gerçəkdə nə baş verdiyini izah etməyin doğru olduğuna inanıram. Siz və İstanbul şəhəri daim qəlbimdə yer alacaqsınız. Bu gün və gələcəkdə sizə ən yaxşılarını arzulayıram”.

Xatırladaq ki, Alvaro Morata yay transfer pəncərəsində “Qalatasaray”a qoşulmuşdu, lakin tərəflər mövsümün gedişində yollarını ayırmaq qərarına gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv