İndoneziyada sosial şəbəkələrlə bağlı sərt qadağa: 16 yaşdan kiçiklər üçün yasaqlanır

İndoneziyada sosial şəbəkələrlə bağlı sərt qadağa: 16 yaşdan kiçiklər üçün yasaqlanır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşlar üçün sosial şəbəkələrdən istifadəyə qadağa tətbiq edib.

presstvaz xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, 16 yaşdan kiçik uşaqların yüksəkriskli platformalardakı hesabları “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox” kimi xidmətlərdə deaktiv edilməyə başlanacaq.

Qadağalar yalnız sosial şəbəkələrə deyil, həm də oyun platformalarına və elektron ticarət xidmətlərinə şamil olunacaq. 13 yaşdan kiçik uşaqlar üçün yalnız həmin yaş qrupu üçün xüsusi yaradılmış resurslardan istifadə mümkün olacaq.

13-16 yaş arası yeniyetmələrə isə aşağı risk səviyyəli xidmətlərdən yalnız valideynlərin razılığı ilə istifadə etməyə icazə veriləcək.

Qaydaların pozulması halında sanksiyalar birbaşa platformalara tətbiq ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv