Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən 33 futbolçu açıqlandı

Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən 33 futbolçu açıqlandı






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Azərbaycan, #Futbol, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.

presstvaz xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.

Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə II Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk üçlüyü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 matç var.

Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

1 Rahid Əmirquliyev 451
2 Mahmud Qurbanov 421
3 Rəşad Sadiqov 392
4 Asif Məmmədov 388
5 Azər Məmmədov 388
6 Aslan Kərimov 382
7 Rəşad Abdullayev 378
8 Elvin Məmmədov 376
9 Maksim Medvedev 376
10 Vurğun Hüseynov 368
11 Aqil Məmmədov 363
12 İsmayıl Məmmədov 351
13 Qara Qarayev 351
14 Rəşad Sadıqov 343
15 İlkin Qırtımov 339
16 Elnur Abdullayev 334
17 Vüqar Nadirov 332
18 Urfan Abbasov 329
19 Rail Məlikov 328
20 Kənan Kərimov 327
21 Tural Axundov 324
22 Slavik Alxasov 319
23 Nadir Nəbiyev 316
24 Rauf Əliyev 315
25 Mübariz Orucov 311
26 Müşfiq Hüseynov 305
27 Ədəhim Niftəliyev 303
28 Arif Daşdəmirov 302
29 Kamal Quliyev 302
30 Rəhman Hacıyev 302
31 Mehman Yunusov 298
32 Viktor İqbekoyi 294
33 Aleksandr Çertoqanov 293

Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv